"Ukrayna Krım da daxil olmaqla, öz torpaqlarından imtina etməyəcək"

"Ukrayna Krım da daxil olmaqla, öz torpaqlarından imtina etməyəcək"
DÜNYA
17:56 01.11.2026
237
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətində olan torpaqlardan imtina edilməyəcəyini bildirib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, o bu barədə Türkiyəyə səfər zamanı vurğulayıb.

"Rusiyanın müvəqqəti işğalı altında olan Krım da daxil olmaqla, şərqdəki torpaqlarımızın Rusiyaya aid olduğunu qəbul edə bilmərik. Bu, bizim qürurumuza, cəmiyyətimizin iradəsinə və konstitusiyamıza ziddir.

Rusiya bunu istəyir və bunu müxtəlif vasitəçilər üzərindən bizə çatdırmağa çalışır. Ancaq bu sağlam və məntiqli bir yanaşma deyil. Bu səbəbdən prioritetimiz; mövcud cəbhə xəttində atəşkəsin təmin edilməsi və sonrasında digər mövzuların danışılmasıdır", - Ukrayna Prezidenti deyib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya sülh prosesi çərçivəsində nəzərdə tutulan görüşün gündəliyində enerji, dəniz atəşkəsləri və əsir mübadilələri kimi mövzular olacaq.

Liderlər sammitindəki əsas gündəm isə qeyd-şərtsiz, tam atəşkəsin təmin edilməsi və bunun güclü bir izləmə mexanizmi ilə nəzarətdə saxlanılmasıdır: "Bu, sülhə gedən diplomatik bir addım olacaq.

Atəşkəsə nail olmaq bir məsələdir. Sonrasında bunu necə izləyəcəyiniz, necə nəzarət edəcəyiniz və kimlərin nəzarət edəcəyi ayrı bir məsələdir. Daha sonra isə müharibənin sonuna aparacaq yol xəritəsi gəlir.

Təhlükəsizlik zəmanətləri də çox önəmlidir. Son zamanlarda Rusiya da təhlükəsizlik zəmanətləri istədiyini ifadə edir. Halbuki hücuma məruz qalan bizik. Təhlükəsizlik zəmanətlərinə ehtiyac duyan tərəf bizik. Ancaq Rusiya da bunu gündəmə gətirir. O zaman hər kəs bunu danışmağa hazırdır".

Xatırladaq ki, Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu da açıqlayıb.
OXŞAR XƏBƏRLƏR