Ukrayna və Rusiyadakı Azərbaycan diasporunda parçalanma baş verib?
Bütün Xəbərlər
11:00 21.06.2013
892
“Azərbaycanlıların dünyanın heç bir ölkəsində problemi yoxdur. Biz artıq bu yanaşma tərzini dəyişməliyik”. APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında Ukrayna və Rusiyadakı Azərbaycan diasporunda baş verən parçalanmaya münasibət bildirərəkən deyib.O qeyd edib ki, yüz minlərlə azərbaycanlının yaşadığı bir ölkədə çoxlu təşkilatları, fikir ayrılığı, eyni zamanda müxtəlif yanaşmaları da ola bilər: “Əsas məsələ odur ki, oradakı fəal, tanınmış hər bir azərbaycanlı Azərbaycan dövlətinin yanında olsun, Azərbaycan prezidentinin siyasətini dəstəkləsin və Azərbaycanın dünyada tanınması istiqamətində işləsinlər. Yalnız Azərbaycana işləsinlər, haqq səsimizin dünyada tanınmasına çalışsınlar”.