Ukraynada Azərbaycan diaspor liderlərini ermənilər öldürübmüş

Ukraynada Azərbaycan diaspor liderlərini ermənilər öldürübmüş
Bütün Xəbərlər
14:48 08.10.2015
840
“İzi azdırmaq istəyirlər.”
Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevi, bir müddət əvvəl itkin düşmüş, sonradan isə öldürüldüyü məlum olan digər diaspor fəalı Təbriz Ələkbərovun ermənilər tərəfindən qətlə yetirildiyi məlum olub.
AZXEBER.COM xəbər verir ki, APA-nın məlumatına görə, həmin şəxslər milis tərəfindən saxlanılıb. Saxlanılanlar digər azərbaycanlı iş adamı Vüqar Nuruşovun da işgəncə ilə öldürülməsində şübhəli bilinirlər.
V. Nuruşovun qardaşı, vilayət Azərbaycanlıları Konqresinin üzvü İlqar Nuruşov bildirib ki, Xerson milisi tərəfindən saxlanılan ermənilər Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Sergey Razmikoviç, digəri isə Ukrayna vətəndaşı Montiyan Xaçik Stepanoviçdir.
V. Nuruşovun sözlərinə görə, Xerson milisindən hadisə ilə bağlı erməni millətindən olan daha bir neçə şəxsin axtarışının davam etidiyni bildiriblər:
"Milisdən dedilər ki, tutulan ermənilər İlham Tağıyevi sifarişlə öldürdüklərini etiraf etsələr də, sifarişçinin adını hələlik istintaqa açıqlamayıblar. Qardaşımı öldürdüklərini isə boyunlarına alıblar. Guya qətl mübahisə zəminində baş verib. Amma yalan deyirlər, izi azdırmaq istəyirlər. Çünki Xersonda hamıya məlumdur ki, qardaşımla istefada olan general, erməni iş adamı Luqasyan arasında etnik zəmində ədavət olub və həmin şəxs qardaşımı hədələyib. Tutulan bu ermənilər də həmin erməni iş adamına bağlıdırlar. Bu bağlılığı istintaq zamanı özləri də gizlətməyiblər”.
İ. Nuruşov onu da əlavə edib ki, tutulan ermənilərin Ukraynada erməni diasporunun fəallarından olduqları bildirilir.
Qeyd edək ki, bu ilin avqust 17-də Xerson vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Bundan bir müddət əvvəl isə digər azərbaycanlı iş adamı Vüqar Nuruşov döyülərək öldürülüb, onun meyiti işgəncə nəticəsində tanınmaz hala düşüb.
Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğlu isə iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda yoxa çıxmışdı. Az sonra onun da meyiti tapılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib