Ukraynada BMT Modelinin Baş Assambleyasında Qarabağla bağlı qərar qəbul olundu

Ukraynada BMT Modelinin Baş Assambleyasında Qarabağla bağlı qərar qəbul olundu
Bütün Xəbərlər
19:21 29.09.2012
1227
Ukrayna Ali Radasının , Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə “BMT-nin gənclər modeli” mövzusunda 4-cü beynəlxalq forum keçirilib. Ukrayna parlamentinin binasında keçirilən forumda Dünyanın 40 ölkəsindən 200-əyaxın gənc,o cümlədən bir sıra ölkələrin diplomatik korpus nümayəndələri ilə yanaşı siyasi ekspertlərdə iştirak ediblər. Forumu Ukrayna Ali Radasının Qanunvericilik və hüquq mühafizə orqanlarının işi üzrə komitəsinin sədri Viktor Şvets açaraq, dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıb.“BMT-nin gənclər modeli” çərçivəsində həyata keçirilən forumun müstəsna əhəmiyyətindən danışan BMT-in Ukrayna üzrə İnkişaf Proqramının baş direktoru Rikarda Riqqer ,Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Sabir Rzayev Birləşmiş MillətlərTəşkilatına üzv olan ölkə gənclərin in bir araya gələrək dünyada baş verən hadisələrə münasibət bildirmələrinin vacibliyini vurğulayıb.Forumun gündəliyinə çıxarılan məsələlər haqqında məlumat verən Ümumukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva Forumun yekun nəticəsi olaraq qəbul olunacaq qərarların BMT-in baş assambleyasına göndəriləcəyini bildirib Foruma qatılan gənc liderləri fəal müzakirələrə səsləyən xanim Şıxaliyeva Forumun təşkilatçılarından olan Ukrayna Azərbaycanlı Gənclər Birliyinə minnətdarlığını bildirib.Forumda çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, siyasi elmlər namizədi Anar Tahirov Azərbaycanda azad və sərbəst fikirli gənclərin inkişafına , o cümlədən, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində gənc nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb.Biz dünyada baş verən hər bir məsələyə ciddi münasibət bildirməklə dünyada sülhün və əmin amanlığın qorunub saxlanilmasına öz töhvəmizi verməliyik deyən Anar Tahirov BMT-in Gənclər modeli çərçivəsində keçirilən forumda müzakirə olunacaq hər bir məsələnin səmərəli bəhrə verəcəyinədə əminliyini bildirib. 3 gün davam edən forumda ən böyük müzakirə obyektinə çevrilən məsələ isə Ümumukrayna Gənclər Assambleyasının təşəbbüsüilə gündəliyə çıxarılan Dağlıq Qarabağ məsələsi olub.Gənclər dünyada dini və etnik zəmində baş verən münaqişələrə öz kəskin münasibətini bildirməklə problemli münaqişələrin gələcək nəsillərə öterülməsinin qarşısının alınmasında fəallıq nümayiş etdirməlidir . Bu baxımdan diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldən Ümumukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva aradan 20 ildən çox müddət keçməsinə baxmayaraq Dünya birliyinin və Beynəlxalq təşkilatların bu məsələni ədalət prinsipləri əsasında həll etməməsini tarixi ədalətsizlik kimi dəyərləndirdi və həmkarlarını bu məsələyə ədalətli münasibət bəsləməyə çağırdı.Azərbaycan, Rusiya,Ermənistan,Macarıstan Moldova,Ukrayna və dünyanın 36 ölkəsindən olan gənc fəalların iştirak etdiyi forumda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov çıxış edərək, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın tarixi,150 il bundan öncə ermənilərin bu bölgəyə köçürülməsini tarixi faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırdı .20 il bundan öncə erməni işğalı nəticəsində dağlıq qarabağ daxil olmaqla azərbaycanın əlavə 20 faiz torpaqlarının zəbt edildiyini 1 milyondan çox insanın öz döğma yurd yerlərindən qaçqın düşdüyünü bildirdi.Bununla bağlı BMT-nin 4 qətnamə verməsinə baxmayaraq ermənilərin bu gündə işğalçılıq iddialarından əl çəkmədiklərini vurğuladı.Azərbaycan bütün vəchlə istəyirki ,işğal altında olan torpaqlarını sülh yolu ilə azad etsin. Əgər bu mümkün olmasa Azərbaycan öz ərazi bütövlüyünü başqa yollarla bərpa etmək məcburiyyətində qalacaq deyən Orxan Əkbərov indiyədək bu məsələ ilə bağlı məşğul olan beynəlxalq təşkilatlarında 2-li standartlara yol verməsindən danışıb.Müzakirələr zamanı erməni gənclər aranı qarışdırmağa səy göstərsələrdə bir sıra ölkələrdən olan gənclərin Qarabağ probleminin yaranma səbəblərinə obyektiv yanaşmaları forumun yekun qərarının qəbul olunması ilə nəticələndi.Qeyd edək ki, forumda Azərbaycan nümayəndə heyətinin tərkibində “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Mətbuat katibi Əfsələddin Ağalarov da iştirak edib.4 saat davam edən müzakirələrdən sonra 36 olkədən 26 ölkənin gəncləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı qərara səs verməklə ,yekun qərarı qəbul etdilər. Qərarda Dağlıq Qarabağ probleminin qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ,1 milyondan çox insanın öz doğma vətənlərinə dönməsinin təmin olunması məsələsi qətiyyətlə tələb olundu.
OXŞAR XƏBƏRLƏR