Ukraynada ən nüfuzlu azərbaycanlı öldürüldü

Ukraynada ən nüfuzlu azərbaycanlı öldürüldü
Bütün Xəbərlər
16:09 26.07.2014
2643
Bu gün səhər saatlarında Ukraynanın Poltava vilayətində yerləşən Kremençuq şəhərinin meri Oleq Babayev güllələnib.AZXEBER.COM xəbər verir ki, bu barədə Ukraynada çalışan jurnalist Mövsum Aslanov məlumat verib:"Babayev yaşadığı binanın qarşısında güllələnib. Ona üç dəfə atəş açılıb. Bu hadisə son vaxtlar Ukraynada tanınmış azərbaycanlılara qarşı həyata keçirilmiş 2-ci sui-qəsd olayıdır. Bildiyimiz kimi bu ilin may ayının 14-də Kiyev şəhərinin mərkəzində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevə qarşı da sui-qəsd olunmuşdu. O zaman Rövşən Tağıyev təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilsə də, bu dəfə Ukraynada böyük nüfuza malik olan, Yuşşenko hakimiyyəti dönəmində Ali Radanın deputatı olmuş, uzun illərdən bəri Kremençuk şəhərinin meri vəzifəsində çalışan Oleq Babayev sui-qəsd nəticəsində həyatla vidalaşmalı oldu. Bax beləcə onsuzda Ukraynada çox az sayda olan nüfuzlu və imkanlı bir soydaşımızı, dəyərli bir Azərbaycanlımizi itirmək məcburiyyətində qaldıq. Allah rəhmət eləsin! Bu sui-qəsd hadisəsindən Ukraynada yaşayan hər bir azərbaycanlı nəticə çıxarmalıdır."
Cinayətlə bağlı Ukrayna DİN-in yaydığı məlumatda bildirilir ki, faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Hazırda hadisə yerində araşdırmalara başlanılıb.Qeyd edək ki, Oleq Babayev 2010-cu ilin noyabrından Kremençuk şəhərinin meri vəzifəsini icra edib. O, 2007 noyabr - 2010 noyabr tarixlərində Ukrayna Ali Radasının depuatı olub. Babayev "Vorskla" futbol klubunun prezidenti, "Kremen" futbol klubunun isə fəxri prezidentidir.
OXŞAR XƏBƏRLƏR