Ukraynada saxlanılan azərbaycanlı jurnalist Fikrət Hüseynli azadlığa buraxılıb.
AZXEBER.COM-un məlumatına görə, Borispol Məhkəməsinin qərarı ilə 18 gün azadlıqdan məhrum edilən jurnalist bu gün sərbəst buraxılıb.
Kiyevin Lukyanovski Rayon Məhkəməsi oktyabrın 27-də azərbaycanlı jurnalist Fikrət Hüseynlinin zaminə buraxılması qərarını verib.
Fikrət Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında saxlanılıb. O, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunurdu.











































