Ukraynada keçirilən ‘Xocalı ayı’ aksiyası davam edir - FOTOLAR

GƏNCLİK
15:08 21.02.2013
1434

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Kiyev şəhərindəki 3 sayli klinik xəstəxanada Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş qan vermə aksiyası keçirilib.

Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, Xocalı ayı çərçivəsində keçirilən qan vermə aksiyasına Ukraynanın bir sıra yerli gənclər təşkilatlarıda qoşulub.

Ermənilər 21 il bundan öncə Xocalı şəhərində axıtdıqları günahsız insan qanına görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir” . Bu devizlə gün ərzində Kiyev şəhərindəki 3 saylı klinik xəstəxanaya gələn azərbaycanlı və ukraynalı gənclər Xocalıda erməni vəhşiliyinə məruz qalan uşaqların,qadınların ,qocaların və dinc əhalinin xatirələrini talesimiyalı xəstələrə qan verməklə yad ediblər.Aksiya iştirakçılarına ermənilərin 1992-ci ildə xocalı şəhərində törətdikləri soyqrım siyasəti haqqında ətraflı məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Cavid Hüseynzadə aradan 21 il ötməsinə baxmayaraq dünya birliyinin belə bir bəşəri cinayətə qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirib. Gənclərin Xocalı qurbanlarının xatirəsini xəstələrə qan vermə aksiyası keçirməklə yad etmələrini hümanist addım kimi dəyərləndirən Kiyev şəhər 3 sayli xəstəxananın qanköçürmə şöbəsinin müdiri Olqa Skandala 1992-ci ildə xocalıda baş vermiş qanlı faciəni insanlığa yönəlik bəşəri cinayət adlandırıb. Əyinlərində xocalıya ədalət yazılmış köynəklərlə qanvermə aksiyasına qoşulan azərbaycanlı və ukraynalı gənclər 21 il bundan öncə əlləri azərbaycan xalqının qanına batan hazırkı ermənistan rəhbərliyinin beynəlxal məhkəmə qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.

-Bu faciə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirtdiyi soyqrım aktıdır.Biz bu gün qanvermə aksiyasına qoşulmaqla beynəlxalq ictimaiyyətin diqqətini bu amansız faciəyə yönəltməyə çalışırıq.İnanırıq ki,Ukrayna parlamentidə xocalı faciəsini soyqrım aktı kimi qəbul edəcək .Chunki, bunun başqa adı yoxdur-deyə Ukraynalı gənclər bu devizlə beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər

Gün ərzində qanvermə aksiyasına qoşulan gənclərə içərisində qarabağ həqiqətlərini və xocalı faciəsini özündə əks etdirən film və kitablar təqdim olunub.

OXŞAR XƏBƏRLƏR