Ukraynada koronavirusa yoluxanların sayında yeni rekord qeydə alınıb

DÜNYA
11:41 05.08.2020
539
Ukraynada ötən gün 1 271 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, ölkədə qeydə alınan yeni rekorddur.

Bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, son sutkada 914 nəfər koronavirusdan sağalsa da, 24 nəfər xəstəliyin qurbanı olub.

Bildirilib ki, Ukraynada qeydə alınmış yoluxma hallarının sayı 75 490-a yüksəlib. Onlardan 1 788 nəfər vəfat edib, 41 527 nəfər isə sağalıb.

Beləliklə, hazırda ölkədə 32 175 aktiv koronavirus xəstəsi var. 
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet