Ukraynada qətlə yetirilən azərbaycanlı gəncin kimliyi məlum olub.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, Odessa şəhərində qətlə yetirilən şəxs əslən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan, 27 yaşlı Aqşin Məmmədovdur.
O, Odessada kafelərdən birindən çıxıb maşınına minərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Çoxsaylı bıçaq xəsarətləri alan A. Məmmədov hadisə yerində ölüb.