Ukraynada "Starlink"in fəaliyyəti bərpa edildi

Ukraynada "Starlink"in fəaliyyəti bərpa edildi
DÜNYA
20:06 24.10.2026
195
Ukraynada "Starlink" peyk rabitə sisteminin fəaliyyəti bərpa edilib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, Telegram kanalında yazıb: "Starlink" və "Starshield" əvvəlki sürətlə fəaliyyətini bərpa ediblər. İndi bizə lazım olan sürətə sahibik".

Ötən həftə Kiyev Amerika şirkəti "SpaceX"in Ukrayna Silahlı Qüvvələrinin "Starlink" terminallarının saatda 160 km-dən çox sürətlə işləməsinə məhdudiyyətlər qoyduğunu və bunun bir neçə Ukrayna hərbi əməliyyatını pozduğunu açıqlayıb.

Bu arada, "SpaceX"in qurucusu İlon Mask "Starlink" peyk sisteminin hücum döyüşləri üçün deyil, müdafiə və mülki məqsədlər üçün istifadə edildiyini bildirib. "Starshield" sistemləri ABŞ hökumətinə məxsusdur və ABŞ hökuməti tərəfindən idarə olunur. İstənilən sürət və ya istifadə məhdudiyyətləri ABŞ ordusu və nəticədə prezident tərəfindən tətbiq olunur.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR