Ukraynada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi - FOTOLAR

Ukraynada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi -  FOTOLAR
GƏNCLİK
16:25 24.06.2013
2599

Kiyev şəhərində Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə 12-ci beynəlxalq turnir keçirilib.

AZXEBER.COM-unməlumatına görə, Azərbaycan Teleradio Verilişləri QSC-nin, Ukrayna Televiziyasının təşkilatçılığı və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin dəstəyi ilə keçirilən benəlxalq turnirdə İdman Azərbaycan kanalının , Ukraynanın bir sıra televiziya və mediya qurumlarının, o cümlədən, diaspora və ictimai təşkilatların mini futbol komandaları iştirak ediblər. Ukrayna Futbol fedarasiyasnın mərkəzi mini futbol bazasında keçirilən beynəlxalq turnirin açılış mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Asim Osmanov çıxış edərək, son 12 ildə Ukraynada idman jurnalistləri arasında Heydər Əliyev kimi dünya şöhrətli ictimai siyasi xadimin xatirəsinə həsr olunmuş mini futbol turnirinin keçirilməsinin tarixi əhəmiyyətindən soz açıb. Belə bir möhtəşəm turnirə qatılan idmançılara Azərbacanın Ukraynadakı səfiri Eynulla Mədətli adından uğurlar arzulayıb. Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Ukraynada hər il idman jurnalistləri arasında ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə turnirin keçirlməsini hər iki ölkənin jurnalistləri arasında dostluq əlaqələrinin yaranmasında müstəsna rol oynadığını vurğulayıb. Qeyd edib ki , turnirdə jurnalistlər arasında yaranmış dostluq münasibətlərinin nəticəsi olaraq, son illər Ukraynanın Milli televiziyasında Azərbaycanla bağlı 12 sənədli film hazırlanmışdırki, bunlardan 3-ü ulu öndər Heydər Əliyevin xatrəsinə həsr olunmuşdur .Mərasimdə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov,Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev ,Konqresin ali məclisinin sədri Akif Gülməmmədov, Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudim Məmmədov və digər şəxslər çıxış edərək, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin iştirakçılarına qələbə uğurları arzulayıblar. Ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin təşkil olunmasına dəstək verən Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanova ,Ukrayna televiziyasınln rəhbərinə və Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Möhlət Hüseyinova minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra beynəlxalq turnirə start verilib. Diaspora və ictimai təşkilatların komandaları arasında keçirilən turnirin ilk günü Azad komandası qələbə çalaraq Heydər Əliyev turnirinin kubokuna sahib olub .Turnirdə 2-ci yerə -Unicef 3-cü yerə isə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin SAMU komandası çıxıb. Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında keçirilən dostluq göruşü isə gərgin və maraqlı oyunlarla yadda qalıb .Ukraynanın bir sıra televiziya və media qurumlarının mini futbol komandalarının iştirak etdiyi turnirin finalında ESG tv komandası qalib gələrək Heydər Əliyev kubokuna sahib olublar.Turnirdə ölkəmizi təmsil edən İdman Azərbaycan Kanalının komandası isə 2-ci yerlə kifayətlənməli olub .Beləliklə, hər il olduğu kimi bu ildə Ulu Öndərin xatirəsinə həsr olunmuş mini futbol üzrə beynəlxalq turnir hər iki ölkənin idman jurnalistləri arasında sarsılmaz dostluq rəmzinə çevrilib .

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
17:16 17.06.2025
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"