AZXEBER.COM-un “RBK-Ukraina”ya istinadən verdiyi məlumata görə, hakim Regionlar Partiyası 116 mandat qazanıb. Keçmiş baş nazir Yuli Timoşenkonun “Batkivşina” partiyasının 44 nümayəndəsi parlamentə düşə bilib.Xatırladaq ki, Ukraynada parlament seçkiləri oktyabrın 28-də keçirilib. İlk dəfədir seçkilərdə qarışıq sistemdən istifadə olunub - 225 deputat partiya siyahısı, 225 deputat isə birmandatlı dairələr üzrə seçilir. Beləliklə, Regionlar Partiyası birmandatlı dairələrdə mandatların yarıdan çoxuna sahib olub.Partiya siyahıları üzrə bülletenlərin 81,65 faizi hesağlanıb. Hələlik parlamentdə beş partiyanın keçə bildiyi məlumdur. Regionlar Partiyası səslərin 32,27 faizini, “Batkivşina” 28,83 faizini, Kommunist Partiyası 14,6 faizini, “UDAR” 13,37 faizini, “Azadlıq” isə 9,46 faizini toplayıb. Qalan partiyalar 5 faizlik həddi aşa bilməyiblər.