Ukraynalı deputatlar: "Qarabağda gördüklərimizi unutmayacağıq"

Ukraynalı deputatlar: "Qarabağda gördüklərimizi unutmayacağıq"
SİYASƏT
01:29 19.10.2021
480
İldırımsürətli müharibənin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan bu müharibəyə ancaq modern Silahlı Qüvvələrini yaratmaqla deyil, mükəmməl informasiya təhlükəsizliyi konsepsiyası ilə hazırlaşıb. Biz işğaldan azad edilmiş Ağdam rayonunda qorxunc, heç vaxt unuda bilməyəcəyimiz mənzərə ilə yanaşı, Azərbaycan dövlətinin qurmaq, yaratmaq iradəsini gördük.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan parlamenti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeriy Kolyux deyib.

Müstəqilliyin Bərpası Günündə Azərbaycanda olmaqdan və bu günü Azərbaycan xalqı ilə birlikdə qarşılamaqdan məmnunluğunu bildirən Kolyux uzun illər işğal altında qalmış ərazilərin azad edilməsini möhtəşəm hadisə adlandırıb. Ağdamda gördükləri ilə bağlı təəssüratlarını bölüşən ukraynalı deputat deyib: "Qarabağa səfərimiz çərçivəsində Ağdam şəhərində xarabalıqların şahidi olduq. Gördük ki, işğalçı qüvvələr orada hər şeyi dağıdıb-söküb, əraziləri minalayıb. Bununla belə, Azərbaycan tərəfindən görülən bərpa-quruculuq işləri bu torpaqların xoş gələcəyinə ümidimizi artırdı”.

Ukrayna parlamentindəki "Xalqın xidmətçisi” fraksiyasının təmsilçisi Lyudmila Marçenko Ağdamda gördüklərinin təsirindən tezliklə çıxa bilməyəcəyini söyləyib. O deyib: "Çünki orada gördüklərimiz Ukrayna üçün nəticə çıxarmalı nümunələr idi. Bu, qorxunc müharibə ilə bərabər, güclü, qurucu Azərbaycan dövlətinin iradəsini göstərirdi. Biz Azərbaycanın nələrin hesabına ərazi bütövlüyünü bərpa etdiyinin şahidi olduq”.

Ukrayna Parlamentinin Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Vladimir Kreydenko vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların miqyasına baxmayaraq, orada aparılan tikinti və quruculuq işlərinin miqyası məhv edilmiş yerlərin qısa müddətdə müasir yaşayış məntəqəsinə çevriləcəyini deməyə əsas verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
17:13 09.10.2026
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
17:03 09.10.2026
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
16:54 09.10.2026
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
16:34 09.10.2026
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
14:23 09.10.2026
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
14:04 09.10.2026
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
14:00 09.10.2026
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
13:49 09.10.2026
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"