Ukraynanın atəşə tutulması nəticəsində 5 nəfər öldü, 129 nəfər yaralandı

Ukraynanın atəşə tutulması nəticəsində 5 nəfər öldü, 129 nəfər yaralandı
DÜNYA
21:43 02.01.2024
392
Rusiyanın Ukraynanın müxtəlif şəhərlərini kütləvi raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 129 nəfər yaralanıb.

AZXEBER.COM "Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) mətbuat xidməti məlumat yayıb.

"Ukraynaya hücum nəticəsində ümumilikdə 5 nəfər ölüb, daha 119 nəfər yaralanıb”, – mətbuat xidməti teleqramda qeyd edib.

Bildirilib ki, paytaxt Kiyevdə yanğınların söndürülməsi hələ də davam edir. Habelə Xarkovda qəzalı vəziyyətdə olan tikililərin sökülməsi davam edir. FHDX açıqlayıb ki, kütləvi atəş nəticəsində yerlərdə 500-dən çox xilasedici və 111 texnika cəlb edilib.

Xatırladaq ki, yanvarın 2-də Rusiya ordusu Ukraynaya 99 ədəd müxtəlif tipli raket atıb ki, onlardan cəmi 72-sini zərərsizləşdirmək mümkün olub. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının sözlərinə görə, rusiyalılar mülki və kritik infrastruktura, sənaye və hərbi obyektlərə həmlə ediblər. Zərbələrin çoxu paytaxtın payına düşüb.
Qeyd edək ki, son beş gündə Rusiyanın Ukraynaya, xüsusən də onun paytaxtına ikinci kütləvi hücumudur. Daha öncə işğalçı qüvvələr dekabrın 29-da Kiyev, Xarkov, Dnepr, Odessa, Lvov, Zaporojyeyə aramsız hücumlar həyata keçiriblər. Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına əsasən, həmin gün 39 nəfər ölüb.

Daha sonra həmin zərbələrin qurbanlarının sayı artıb. Sadəcə Kiyevdə 28 nəfər həlak olub. Həmin gün Rusiya Ukraynanın üzərinə 158 dron və müxtəlif tipli raket göndərib.

HHM onlardan 114-nü məhv edə bilib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, həmin hücumda Rusiya öz arsenalındakı bütün növ silahdan istifadə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
21:10 21.10.2026
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
21:04 21.10.2026
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
21:02 21.10.2026
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
20:55 21.10.2026
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
Husilərin İraqdakı ofisləri bağlanır
20:52 21.10.2026
Husilərin İraqdakı ofisləri bağlanır
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
20:47 21.10.2026
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
20:43 21.10.2026
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
20:39 21.10.2026
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
20:36 21.10.2026
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
20:31 21.10.2026
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
20:27 21.10.2026
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
20:19 21.10.2026
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
20:15 21.10.2026
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
20:09 21.10.2026
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
20:05 21.10.2026
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
20:00 21.10.2026
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb