Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: ölən və yaralananlar var

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: ölən və yaralananlar var
DÜNYA
20:29 14.10.2026
228
Rusiya ordusunun Ukraynanın Lutsk şəhərinə reaktiv dronla endirdiyi zərbə nəticəsində dağılan mülki infrastrukturda axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, hava hücumu zamanı 6 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.

Qeyd edək ki, oktyabrın 14-nə keçən gecədən başlayaraq Ukraynanın bir sıra böyük şəhərləri kütləvi hava zərbələrinə məruz qalıb.
 
///azırtac///
OXŞAR XƏBƏRLƏR