Ukraynanın məşhur müğənnisi Anna Sedokova Bakıya gəlib.
AZXEBER.COM 1news.az-a istinadən xəbər verir ki, bu gün “Opera Sky”da konsert verəcək müğənni “Mejdu nami kayf” (“Öz aramızda həzz”) adlanan sevilən mahnılarını səsləndirəcək. O, Bakı haqqında təəssüratlarını bölüşərkən bu sözləri deyib:
“Məni burada səbirsizliklə gözlədiklərini bilirəm. Bakını çox sevirəm. Xüsusi olaraq azərbaycanlı izləyicilər üçün sürprizim olacaq. Hamınızı konsertdə gözləyirəm”.