Ukraynanın yeni Baş naziri təyin edilib

Ukraynanın yeni Baş naziri təyin edilib
DÜNYA
18:48 16.07.2026
305
Ukrayna Ali Radası Sergey Koretskinin Baş nazir vəzifəsinə təyin edilməsini təsdiqləyib.

Ali Radanın bugünkü iclasında keçirilən səsvermədə 289 xalq deputatı onun namizədliyini dəstəkləyib.

Sergey Koretskinin namizədliyi Ali Radaya Prezident Volodimir Zelenski tərəfindən təqdim olunub.

Qeyd edək ki, Koretski Ukraynanın dövlət enerji şirkəti "Naftoqaz"ın İdarə Heyətinin sədridir. Prezident Zelenski onu qarşıdakı qış mövsümünə hazırlıq, enerji təhlükəsizliyi və iqtisadi idarəetmə sahəsində təcrübəsinə görə Baş nazir postuna ən uyğun namizəd kimi görüb.

Xatırladaq ki, bundan əvvəl parlament keçmiş Baş nazir Yuliya Sviridenkonun istefasını qəbul edib, bununla da Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib.
 

OXŞAR XƏBƏRLƏR