Unibank 2020-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub

Unibank 2020-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub
İQTİSADİYYAT
12:03 28.04.2020
1179
"Unibank” KB ASC 2020-ci ilin ilk 3 ayının maliyyə nəticələrini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, 31 mart 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 6.3 milyon manat təşkil edib. Birinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 21 milyon manat olub. 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə Unibankın faiz gəlirləri 11% artaraq 22 milyon manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivlərinin həcmində 31 milyon manat - 4% artım qeydə alınıb. Bununla da hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 756 milyon manat təşkil edib.

İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində artım qeydə alınıb. Hesabat dövrünə Bankın məcmu kapitalının həcmi 8% artaraq 87 milyon manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 57% və ya 32 milyon manat olub.

"Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov 2020-ci ilin ilk rübünün maliyyə nəticələrini müsbət dəyərləndirib: "Ölkəmiz, eləcə də bank sektoru üçün o qədər də asan olmayan bu rüb ərzində komanda olaraq maksimum çalışdıq ki, iqtisadiyyatımıza dəstəyimizi bütün gücümüzlə davam etdirək. Unibank səhmdarları və rəhbərliyi koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarımıza mənfi təsirinin qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləyərək, bu işə öz töhfəsini verməkdə davam etdi. Bank, iqtisadiyyatdakı mümkün mənfi dəyişikliklərə xüsusilə həssas olan müştərilər üçün öz dəstək proqramını bir qədər də genişləndirdi. İkinci rübün də ölkə iqtisadiyyatı, eləcə də bank sektoru üçün o qədər də asan keçməyəcəyi aydındır. Bununla belə, Unibank olaraq ölkə iqtisadiyyatına, real sektora dəstəyimizi davam etdirmək, hər bir müştərimizin yanında olmaq, onlara xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq istiqamətində komandamızla birlikdə səylərimizi daha da artıracağıq”.

2020-ci ilin ilk rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 65 milyon manat (və ya 14%) artaraq 521 milyon manata çatıb. İlin ilk 3 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin uyğun dövrü ilə müqayisədə 8% artıb.

Birinici rüb ərzində "Unibank”ın depozit portfeli 487 milyon manat təşkil edib. Müştərilərin tələbli depozitlərində isə ötən ilin uyğun dövrü ilə müqayisədə illik artım 14.9 milyon manat və ya 10% olub.

Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin birinci rübü ilə müqayisədə 31 mart 2020-ci il tarixinə debet kartlarının sayında 37% artım qeydə alınıb.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank- hər kəsin bankı!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə