Unibank 2025-ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

Unibank 2025-ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
İQTİSADİYYAT
11:39 14.10.2025
441

Unibank Kommersiya Bankı 2025-ci ilin üçüncü rübünün maliyyə nəticələrini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bankın əsas maliyyə nəticələri üzrə ilin əvvəlindən qeydə alınan artım, 3-cü rüb ərzində də davam edib. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 510 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu kreditlərin portfeldəki payında 43 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 112 milyon manat təşkil edib.

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: Bottom of Form

"2025-ci ilin 3-cü rübü Unibank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ilə yadda qaldı. Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılıq həllərinin genişləndirilməsi və daxili idarəetmə proseslərində davamlı optimallaşdırmalar nəticəsində strateji inkişaf istiqamətlərimizi daha da möhkəmləndirdik. Unibank ölkənin real iqtisadiyyatına dəstəyini daha da artıraraq, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində fəallığını gücləndirib. Qarşımızdakı dövrdə əsas məqsədimiz — innovativ, şəffaf və inklüziv maliyyə mühiti formalaşdırmaqla, həm müştərilərimiz, həm də ölkə iqtisadiyyatı üçün uzunmüddətli dəyər yaratmaqdır.”

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 23%, sayı isə 29 % artıb. Üçüncü rübün sonuna nağdsız əməliyyatların həcmi 10,9 milyard manatı, sayı isə 337 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artdığı üçün ümumi müştəri sayı 2,2 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 17 %-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 60 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.

Bankın məcmu gəlirlərinin cəmi 277 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Hesabat dövründə əməliyyat mənfəəti 42 milyon manat olub, xalis mənfəət isə 15,4 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33% artaraq, 224 milyon manata çatıb, aktivlərin həcmi isə 192 milyon manat artaraq 1,9 milyard manatı ötüb.

Bank ilk 9 ayı ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 sentyabr 2025-ci il tarixə 14,74 % təşkil edib.

Unibank – Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək