Unibank birinci rübü mənfəətlə başa vurub

Unibank birinci rübü mənfəətlə başa vurub
İQTİSADİYYAT
11:41 23.04.2021
454
"Unibank” KB ASC 2021-ci ilin 1-ci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank rübü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub.
 
AZXEBER.COM xəbər verir ki, bu ilin 1-ci rübündə "Unibank”ın əldə etdiyi rüblük gəlir 2020-ci ilin ilk rübü ilə müqayisədə 16% artaraq 33 milyon manat olub. 31 mart 2021-ci il tarixə Bankın əldə etdiyi mənfəət isə (prudensial hesabat üzrə) 0,6 milyon manatdır. Bankın kapitalı da artaraq 98 milyon manata çatıb.

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib.Maliyyə nəticələrinə əsasən, 1-ci rüb ərzində "Unibank”ın aktivlərinın həcmində 3 % artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 839 milyon manat təşkil edib. İlin əvvəlindən hesabat dövrünün sonunadək bankın məcmu kapitalının həcmində 2 % artım olub. Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 84 milyon manata çatıb.

Birinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 19 milyon manat olub. Ötən ilin uyğun dövrü ilə müqayisədə 2021-ci ilin 1-ci rübündə "Unibank”ın faiz gəlirləri 14% artaraq, 26 milyon manat təşkil edib.

Bu ilin əvvəlindən etibarən Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. Təkcə birinci rüb ərzində "Unibank”ın ümumi kredit portfelinin həcmi 46 milyon manata yaxın- 8% artıb. İstər pərakəndə, istər biznes kreditlərinin ayrılmasında artım qeydə alınıb.

Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi bu ilin əvvəlindən 10 % artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 46 milyon manat təşkil edib. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank bu ilin birinci rübündə də pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirib. "Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində rüb ərzində 466 min manatlıq kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.

"Unibank”ın depozit portfeli də rüb ərzində böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 15,5 % artaraq 31 mart 2021-ci il tarixinə 386 milyon manat təşkil edib. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu ilin ilk rübündə də bu sahəyə öz töhfəsini verib. Rüb ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə debet kartlar 26% artaraq 481 minə, kredit kartların sayı isə 35% artaraq 117 minə çatıb.

Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən pandemiya dövründə "Unibank”ın uBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Təkcə bu ilin əvvəlindən uBank-da qeydiyyatdan keçənlərin sayı 12,3 % artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 37.5%, say olaraq isə 36% artıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq
Gəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi - FOTO
12:24 11.06.2026
Gəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi - FOTO