Unibank biznes sahiblərinə kredit xəttindən banka gəlmədən istifadə imkanı yaratdı

İQTİSADİYYAT
12:20 22.06.2020
574
"Unibank”ın onlayn kredit xətti indi biznes sahiblərinin ən çox faydalandığı məhsula çevrilib. Bu məhsul fərdi sahibkarlara və hüquqi şəxslərə kredit xətlərindən banka gəlmədən, dəqiqələr ərzində istifadə imkanı yaradır.

AZXEBER.COM xəbər verir ki, "Unibank” KB-nın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov bildirib ki, onlayn kredit xətti biznes sahibləri tərəfindən çox yüksək qarşılanıb:
 
"Bu məhsul qısa müddət ərzində müştərilərimiz tərəfindən geniş istifadə olundu. Biz əminliklə deyə bilərik ki, "Unibank”da kredit xətti olan sahibkarların hamısı indi bu xidmətdən banka gəlmədən istifadə edir, evində, işində oturub dəqiqələr ərzində kredit vəsaitini İnternet Bank vasitəsi ilə əldə edə bilir. Bu məhsulun biznes sahibləri üçün üstünlüyü hər dəfə kredit xəttindən istifadə üçün banka gəlmək zərurətini aradan qaldırması və sahibkarın zamanını dəyərləndirməsidir. Digər vacib üstünlük, biznes sahibinin ona lazım olan qədər kredit məbləğini əldə etməsi imkanıdır. Məsələn, sahibkarın 20 min manatlıq kredit xətti varsa, əvvəllər o banka dəfələrlə gəlməmək üçün lazım olmasa da belə, bu vəsaitin hamısını ilk dəfədən götürürdü. İndi isə banka gəlməyə ehtiyac olmadığından, sahibkar vəsaitin lazım olan qədərini götürür. Çünki bilir ki, istədiyi vaxt, dəqiqələr ərzində qalan vəsaitdən istifadə edə biləcək”.

Onlayn tranş krediti sahibkara aşağıdakı üstünlükləri verir:

- Sahibkar banka gəlmədən, istədiyi vaxt kredit xəttindən istifadə edə bilir;

- Faiz xərclərinə qənaət edir;

- Sənədləşmə işləri avtomatlaşdırıldığından, hər dəfə sənədlərə imza atmağa ehtiyac qalmır;

- Filialda növbədə zaman itirməməklə yanaşı, istənilən yerdən, dəqiqələr ərzində vəsaiti əldə edir.

Məhsul və xidmətlərdə rəqəmsallaşmanı hədəf götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank-Biznesinizə daimi dəstək!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:57 14.07.2020

Son dəqiqə! Müdafiə Nazirliyi yeni görüntülər yaydı - VİDEO

12:51 14.07.2020

Hazırda intensiv atışma gedir, əhali arasında ab-hava... - Tovuzun deputatı danışdı

12:47 14.07.2020

Azərbaycanlı xakerlər Paşinyanın saytını dağıtdılar

12:36 14.07.2020

Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

12:27 14.07.2020

Pakistan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu sərt şəkildə pislədi

12:19 14.07.2020

"Rəsmi Yerevan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil"

11:57 14.07.2020

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

11:48 14.07.2020

Qubada karantin qaydalarını pozaraq futbol oynayanlar cərimələndi

11:31 14.07.2020

"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"

11:20 14.07.2020

"Azərbaycan dövləti və İlham Əliyev bütün dünya üçün bir nümunədir"

11:14 14.07.2020

Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

11:05 14.07.2020

Hikmət Hacıyev: “Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi”

11:00 14.07.2020

Düşmən Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub

10:51 14.07.2020

İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər

10:44 14.07.2020

Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ

10:27 14.07.2020

Bakıda eyvandan yıxılan qadın xəstəxanada öldü