xari

Unibank daha 3 mükafat qazandı

İQTİSADİYYAT
10:37 02.03.2021
142
Unibank 2019-cu və 2020-ci illər ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb. Bank Azərbaycan Banklar Assosiasiyasının ənənəvi "Bankçılıq Mükafatları – 2019/2020” mükafatının qalibləri siyahısındadır.
 
AZXEBER.COM xəbər verir ki, ötən il ölkənin sosial-iqtisadi inkişafına verdiyi dəstəyə və həyata keçirdiyi layihələrə əsasən, "Unibank”ın fəaliyyəti üç nominasiya üzrə dəyərləndirilib. Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial layihələrə görə, Unibank 2020-ci il üçün "Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi olub. Müxtəlif universitet tələbələri ilə bağlı reallaşdırılan layihələrin qiymətləndirilməsi zamanı, Bank "Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə təltif edilib. Ənənəvi bankçılıqdan elektron bankçılığa keçid, rəqəmsallaşma ilə bağlı çoxsaylı layihələrin tətbiqi "Unibank”ı "Elektron Bankçılıq” nominasiyası üzrə qaliblərdən biri edib. Unibank 2019-cu ildəki fəaliyyətinə görə də nominasiyalara layiq görülüb. Sosial layihələrin aktiv iştirakçısı olması, bankı 2019-cu il üzrə də "Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi edib.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank-hər kəsin bankı!

OXŞAR XƏBƏRLƏR