Unibank əməkdaşları arasında onlayn intellektual yarışma keçirildi

Unibank əməkdaşları arasında onlayn intellektual yarışma keçirildi
İQTİSADİYYAT
15:53 02.07.2020
840
Sərt karantin rejimi günləri ilə əlaqədar əksəriyyəti distant rejimində çalışan Unibank əməkdaşları arasında "Fibonacci - onlayn” intellektual yarışması keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, oyun "Youtube”da onlayn formatda olub. Onlayn keçirilən yarışmada Bankın baş ofis, eləcə də filial əməkdaşlarından ibarət 21 komanda iştirak edib. Onlayn yarışmanın keçirilməsində məqsəd, bank əməkdaşlarının əhval-ruhiyyəsini qaldırmaq, komanda ruhunu daha da yüksəltmək olub.

"Fibonacci gamification company” tərəfindən keçirilən oyunda komanda üzvlərinin intellektual bilikləri sınağa çəkilib. Yarış müddətində komandalar 7 tur ərzində 50 sualı cavablandırıb. Çox həyacanlı və maraqlı keçən yarışın sonunda qaliblər müəyyənləşib. Marketinq departamentinin "Mark Eating” komandası ən yüksək nəticə göstərərək onlayn intellektual yarışın qalibi olub.

Unibank-hər kəsin bankı!
OXŞAR XƏBƏRLƏR