Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı

Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
İQTİSADİYYAT
12:02 24.06.2026
287

Unibank Avropanın Cənub-Şərqi Fondundan (EFSE) 10 milyon avro məbləğində kredit xəttinin cəlb olunması ilə bağlı iki illik saziş imzalayıb. Beynəlxalq aktiv idarəetmə şirkəti Finance in Motion tərəfindən birgə idarə olunan bu vəsait tam şəkildə mikro, kiçik orta sahibkarlıq subyektlərinin (MKOS) maliyyələşdirilməsinə yönəldiləcək.

"Unibankın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: "Bu addım bizim üçün sadəcə maliyyə əməliyyatı deyil, strateji inkişaf istiqamətidir. Finance in Motion ilə əməkdaşlıq "Unibanka dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyət göstərən bizneslərə dəstəyini daha da gücləndirməyə imkan verəcək. Vəsaitlərin yalnız təhlükəsiz sosial təsiri olan təşəbbüslərə yönəldilməsi ilə iqtisadiyyatımızın sabit sağlam gələcəyinə məqsədyönlü şəkildə investisiya yatırırıq."

Finance in Motion şirkətinin Regional Direktoru Oxana Binzaru isə qeyd edib: "EFSE vasitəsilə məqsədimiz Unibank kimi yerli maliyyə institutlarının məsuliyyətli KOB maliyyələşdirilməsini genişləndirməsinə dəstək olmaq, dayanıqlı iqtisadi inkişafı real sosial təsiri təşviq etməkdir."

EFSE haqqında

Avropanın Cənub-Şərqi Fondu (EFSE) Cənub-Şərqi Avropa Qafqaz regionunda iqtisadi inkişafı rifahı təşviq edən təsir investisiyası fondudur. Fond Regional Alt Fond (RSF) Ukrayna Alt Fondu (USF) vasitəsilə sahibkarlığın inkişafını, maliyyə inklüzivliyinin gücləndirilməsini yerli iqtisadiyyatların dəstəklənməsini hədəfləyən maliyyə həlləri təqdim edir.

EFSE 2005-ci ildə Almaniyanın KfW İnkişaf Bankının təşəbbüsü ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq İnkişaf Nazirliyi (BMZ) Avropa Komissiyasının maliyyə dəstəyi əsasında yaradılıb. Bu sahədə ilk dövlət-özəl tərəfdaşlıq modellərindən biri olan fond donor təşkilatların, beynəlxalq maliyyə institutlarının özəl institusional investorların kapitalı hesabına formalaşır. EFSE-nin portfel idarəçisi Almaniyanın Finance in Motion GmbH şirkəti, fond meneceri isə Lüksemburqda yerləşən Hauck & Aufhäuser Fund Services S.A.-dır. Ətraflı məlumat üçün: www.efse.lu

Finance in Motion haqqında

Finance in Motion hazırda ümumi həcmi təxminən 4 milyard avro olan SFDR-in 9-cu maddəsinə uyğun təsnif edilən 10 investisiya fondunu strukturlaşdırır, idarə edir onlara məsləhət xidmətləri göstərir. Şirkətin fondları regional maliyyə institutları, birbaşa investisiyalar, məsləhət potensialın artırılması proqramları vasitəsilə həm insanlar, həm ətraf mühit üçün müsbət təsir yaratmağa yönəlib.

Almaniyada təsis olunan Finance in Motion Latın Amerikasından Şərqi Avropayadək uzanan geniş yerli ekspertiza şəbəkəsinə malikdir artıq 20 ildən çoxdur ki, inkişaf etməkdə olan bazarlara investisiya yatırır. Ətraflı məlumat üçün: www.finance-in-motion.com

Unibank haqqında

Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə təsis edilən bank, geniş filial şəbəkəsi davamlı inkişaf edən rəqəmsal bankçılıq platforması vasitəsilə pərakəndə müştərilərə, biznes subyektlərinə xidmət göstərir. Unibank son illərdə dayanıqlı maliyyələşdirmə sahəsində rolunu gücləndirməyə xüsusi diqqət ayırır ölkədə yaşıl maliyyələşdirmə üzrə strukturlaşdırılmış həllərin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib.

OXŞAR XƏBƏRLƏR