Unibank UCard kart məhsulunu yeni və daha sərfəli şərtlərlə təqdim edir. Yeni şərtlərə əsasən, UCard üzrə kredit xətti 30 000 manatadək artırılıb, güzəşt müddəti isə 72 günədək uzadılıb.
Yenilənmiş UCard kredit kartı müştərilərə gündəlik xərclərini daha rahat idarə etmək və maliyyə vəsaitlərindən daha çevik istifadə etmək imkanı yaradır. Cari ay ərzində istifadə edilən məbləğ üzrə borcu faiz hesablanmadan ödəmək üçün kart sahiblərinə 72 günədək vaxt verilir.
Yenilənmiş UCard haqqında ətraflı məlumatı "Unibank”ın rəsmi saytından (https://unibank.az/az/cards/view/1998/ucard) və bankın xidmət şəbəkəsindən əldə etmək olar.
Unibank- Sənin Bankın!











































