Unibank və Enabling Qapital Luxembourg SA arasında kredit müqaviləsi imzalandı

Unibank və Enabling Qapital Luxembourg SA arasında kredit müqaviləsi imzalandı
İQTİSADİYYAT
12:43 29.08.2025
1171

Unibank KB ASC Beynəlxalq maliyyə fondu Enabling Qapital ilə ümumilikdə 10 milyon ABŞ dolları məbləğində iki kredit müqaviləsi imzalayıb. Bunlardan biri Bankın kapital bazasının möhkəmləndirilməsinə yönəlmiş subordinasiya edilmiş kreditdir.

Bu, Unibank KB ASC ilə Enabling Qapital Luxembourg SA arasında ilk razılaşmadır və kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsi və inkişaf etdirilməsini hədəfləyir.

"Biz Enabling Qapital Luxembourg SA ilə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu əməkdaşlıq kiçik biznes və mikro sahibkarların dəstəklənməsi sahəsində imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu kredit resursu müştərilərimizin layihələrini həyata keçirməsinə və bazarda mövqelərini gücləndirməsinə kömək edəcək,” — deyə Unibank KB ASC -nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib.

Enabling Qapital Luxembourg SA-nın adından İdarə Heyətinin üzvü və İcraçı Direktorlar Komitəsinin partnyoru Christoph Dreher vurğulayıb: "Biz bölgədə mikro və KOS kreditləşməsinin inkişafında böyük potensial görürük və Unibank KB ASC-ni bu məqsədlərə çatmaqda dəstəkləməyə hazırıq. Əminik ki, əməkdaşlığımız qarşılıqlı faydalı olacaq, iqtisadi artım və sahibkarlıq fəaliyyətinə stimul yaradacaq.”

Unibank KB ASC haqqında:
 Unibank KB ASC Azərbaycan maliyyə bazarında geniş müştəri bazasına malik aparıcı kommersiya banklarından biridir. Bank kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində müasir kredit məhsulları və xidmətləri təklif etməklə fəal fəaliyyət göstərir, sahibkarların ehtiyaclarına uyğun həllər təqdim edir. www.unibank.az

Enabling Qapital Luxembourg SA haqqında:
 Enabling Qapital Luxembourg SA kiçik və orta bizneslərin maliyyələşdirilməsi və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq maliyyə fondudur. Şirkət uzunmüddətli əməkdaşlığa üstünlük verir və kredit resursları və investisiyalar vasitəsilə davamlı iqtisadi inkişafı dəstəkləyir. www.enabling.ch

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”