İsraildəki Yəhudi Universiteti tələbə qızlardan birinə 15 min dollar məbləğində təzminat ödəyəcək. Təzminat həmin qızla universitetin professoru arasındakı eşq-məhəbbət macərasının araşdırılmsasının Ortal Ben-Dayan adlı bu xanıma vurduğu "mənəvi zərbə"lərlə bağlıdır.
Araşdırmaların davam etdiyi illər ərzində tələb qız univresitetdə təhsilini başa vurub.
Ortal Ben-Dayanla sosiologiya professoru Gideon Eren arasındakı eşq barədə ilk məlumat 2008-ci ildə məlum olub. Qız internetdəki forumlardan birində yazıb ki, professorla mübahisə edəndən sonra ona vurulub və münasibətləri eşqə çevrilərək həftələrlə davam edib.
Professora isə xəbərdarlıq edilərək bildirilib ki, bir də belə işə yol verərsə, universitetdən qovulacaq.
//milli.az