Universitetdə yanğın zamanı xəsarət alan olub? - AÇIQLAMA

Universitetdə yanğın zamanı xəsarət alan olub? - AÇIQLAMA
SOSİAL
15:25 28.04.2026
780
Xəbər verdiyimiz kimi, bu gün, 28 aprel tarixində, təxminən saat 14:00 radələrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris korpusunun yaxınlığında yanğın hadisəsi baş verib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti Nicat Abdullayev AZXEBER.COM-a açıqlamasında hadisə nəticəsində xəsarət alan yoxdur:
 
"Hadisə nəticəsində təhlükəsizlik tədbirləri dərhal tətbiq olunub, 1 saylı tədris binasında olan bütün tələbələr, müəllimlər və əməkdaşlar operativ şəkildə təxliyə ediliblər. Yanğın qısa müddət ərzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb, ərazi tam nəzarətə götürülüb. Qeyd edirik ki, hadisə zamanı heç bir tələbə, müəllim və əməkdaş xəsarət almayıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəblərinin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür".
OXŞAR XƏBƏRLƏR