Universitetlərdə rüşvətin "sezon"u gəldi

Universitetlərdə rüşvətin "sezon"u gəldi
GƏNCLİK
19:25 05.06.2011
3260

Tələbələr imtahanlardan, “zaçot”lardan, diplom işindən danışmaq belə istəmirlər: “Yaramıza toxunmayın!» deyirlər.

 

Əvvəlcə Bakı Dövlər Universitetinə (BDU) baş çəkib imtahanların gedişi ilə maraqlandıq. Tələbələr deyirlər ki, BDU ali məktəb deyil, bazardır. Müəllilərdən kimi rüşvət yığır, kimisi də fənnə aid olamayan kitabları satır. III kurs tələbəsi Elnur deyir ki, unversitetin bütün fakultələrində rüşvət hökm sürür. Bəzi müəllimlər üçün tələbənin oxuyub-oxumamasının fərqi yoxdur: “İstənilən halda pul verməlisən. Bir imtahanın qiyməti 200-300 manatdır. Bir sözlə, kasıb uşaqlara məsləhət görürəm ki, sənədlərini BDU-ya verməsinlər. Əks halda, hər semestr 500 manat pul ödəməli olacaqlar”.

İlkin adlı tələbə də deyir ki, BDU Azərbaycanda rüşvət və yerlibazlığın ən geniş yayıldığı universitetdir: “Burada tələbələr arasında ayrı-seçkiliyə yol verilir, əsasən Qərbi Azərbaycandan, Naxçıvandan olan tələbələr hər bir işdə önə çəkilir. İmtahan zamanı müəllimlər tələbəyə biletdə yazılmış ilk sual əvəzinə ”hansı rayondansan” sualını ünvanlayır. Bu da tələbələrin təhqir olunması deməkdir. İmtahanların qiymətinə gəlincə isə digər universitetlərə baxanda bura yüksəkdir”.

Elçin adlı tələbə də oxumağın mənasız olduğunu dedi: “Onsuz da oxuyanla oxumayana fərq qoymurlar. Bu səbəbdən özümüzə əziyyət verib dərs oxumuruq”.

Tələbələrin sözlərinə görə, qiymətlər 50 manatdan başlayıb 400-500-ə qədər çıxır. İlkin adlı tələbə bildirdi ki, bəzi tələbələr imtahana hazırlaşıb öz qiymətlərini tələb edirlər: “Mən hər semestr imtahanlara 1500 manata yaxın pul verirəm. Amma nə yalan deyim, qrupumuzda elə tələbələr var ki, öz biliklərinə qiymət alır. Elə qiymət almağı Allah kəsin. Müəllimlər onlara elə zülm edir ki, oxuduqlarına da peşman olurlar”.

IV kurs tələbəsi Anar deyir ki, rüşvət olmasa, uşaqlar diplom ala bilməzlər: “Yaxşı ki, rüşvət var. Yoxsa biz necə ali təhsil alardıq? Rüşvətin bizə ziyanı varsa, xeyri də var. Rüşvət olmasa, bu universitetdə tələbələrin yarı faizi diplom ala bilməz. Amma bunlar da ağını çıxarıb. Əvvəllər bir imtahan 10-20 manat idi, indi isə 80-300 manat arasındadır. Uşaqların savadsızlığından istifadə edirlər”.

Texniki Universitetin rüşvətin texnikası

Azərbaycan Texniki Universitetində isə bütün imtahanlar birlikdə 300 manata «verilir». Tələbələr deyirlər ki, burada oxuyana hardasa güzəşt edirlər, göz yumurlar. Amma, bu o demək deyil ki, o rüşvət vermir. «İnsaflı müəllimlər oxuyan tələbənin qiymətini kəsmir. “Zaçot”un biri 25 manatdır. İmtahandan kəsilməmək üçün gərək müəllimə 30 manat verəsiniz. Baloniyya sistemi olduğu üçün minimal balın 34 olmalıdır, imtahandan da ən azı 17 bal toplaysan ki, kəsilməyəsən. İmtahandan kəsirin olmaması üçün 51 bal yetərldir. Mən hazırda birinci kursda oxuyuram. Bu ili unversiteti bitirənlər var. Diplom işini yazdırmaq üçün 500 manat rüşvət verirlər ki, müəllim tələbənin adından yazsın”.
Həmsöhbətimin sözlərinə görə o ödənşisiz təhsil alır. Amma, təqaüdünü vermirlər: “İmtahandan kəsirim olduğu üçün təqaüdümü kəsiblər. 45 manat “3” alanlar, 65 manat “4” alanlar, 85 manat isə “5” alanlardır. Təhsildən narazıyam, belə bilsəydim, Azərbaycan universitetlərində təhsil almazdım”.

Tələbələr qeyd etdilər ki, ən çox pul yığan müəllim nəqliyyat fakültəsinin dekanıdır: “Çox qəddar insandır. Ötən il qrup yoldaşım onun əlindən universitetdən çıxdı. Kasıb uşaq idi, pul verə bilmirdi. Fazil müəllim isə hər imtahan öncəsi auditoriyaya girib onu təhqir edirdi. Bu səbəbdən də universiteti yarımçıq qoydu. Bu imtahan sessiyası mənə 600 manata başa gəldi. Tələbələrin çoxu imtahan vaxtı borca girir”.

İnşaat Unversitetində rüşvət “taarifləri”

Memarlıq və İnşaat Unversitetinin həmsöhbət olduğum tələbələri deyir ki, ildən-ilə imtahan qiymətləri artır: “Əvvəllər 50 manata ”5” almaq olurdusa, indi bu rəqəm 150-200 manatdır. Niyə özümüzə əziyyət verməliyik? Universitetdə oxuyanla oxumayana onsuz da fərq qoymurlar. İmtahan öncəsi hər müəllim qiymət taariflərini elan edir: Bəzən elə hallar olur ki, imtahan pulunu dekan özü tələb edir. ”3″ almaq üçün 40, “4″ almaq üçün 60, ”5″ üçün isə 100 manat verməlisən. Bir sözlə, semestr gəlib 500-600 manata çıxır. Bunu da verməyə təbii ki, hər tələbənin imkanı olmur”.

İqtisad Universitetində semestr 1000 manata başa gəlir

Dövlət İqtisad Universitetin korpusunda oldum. I kurs tələbəsi Anarın sözlərinə görə, qruplarında 16 nəfər imtahandan kəsilib: “Ayın 9-u bizə imtahan idi. Qrupumuzda 21 tələbə var, onlardan cəmi 5-i imtahandan keçdi. Qalanları kəsildi. Onlardan biri tapşırılmışdı. Digərləri isə 200 manatdan yığıb vermişdi”.
Menecment fakültəsinin tələbəsi Emin hər il qiymətlərin bahalaşmasından gileyləndi: “Keçən il 400-500 manata bütün imtahanları həll etmək olurdu. Ancaq indi 4 imtahan 900-1000 manata başa gəlir. Burda oxuyub qiymət almaq olmur”.
Sonda qeyd edək ki, hər il imtahan sessiyası zaman Təhsil Nazirliyinin nəzdində “qaynar xətt” fəaliyyət göstərsə də, tələbələr bura zəng vurmaqdan çəkinir. Tələbələrin sözlərinə görə, “qaynar xətt” anonim zəngləri araşdırmır. Tələbələr ad-soyadlarını bildirəndə isə onların universitetdə təhsillərini davam etdirib-etdirməyəcəkləri sual altında qalır.

//”Bizim Yol” qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir