"Universitetlərarası Məntiq Olimpiadası" başlayır

GƏNCLİK
22:53 13.10.2011
2709
Kainat Tədris Mərkəzi "Universitetlərarası Məntiq Olimpiadası"nı təqdim edir! Məntiq olimpiadasında bakalavr dərəcəsində təhsil alan istənilən tələbə iştirak edə bilər. Olimpiadada iştirak haqqı pulsuzdur. Məntiq olimpiadası üçün qeydiyyat mərkəzləşdirilmiş şəkildə Kainat Tədris Mərkəzinin əsas ofisində aparılacaq. Qeydiyyat üçün son tarix 3 noyabr saat 18:00-da kimidir. Məntiq olimpiadasında 10 sual təqdim olunacaq. Suallar izahları və cavabları ilə yazılmalıdır. I mərhələ universitetlər üzrə aşağıdakı vaxtlarda olacaq: 5 noyabr saat 10:00-da BDU tələbələri, saat 14:00-da ADNA, ATİ, MAA tələbələri 6 noyabr saat 10:00-da ADİU, ARPyDİA, saat 14:00-da ADU, BSU, ATU tələbələri 7 noyabr saat 10:00-da AzTU, AzMİU, SDU tələbləəri, saat 14:00-da ADPU, AMİU, AMİ tələbələri 8 noyabr saat 10:00-da Özəl ali məktəbin tələbəri I mərhələdə hər imtahandan ən yaxşı nəticə göstərmiş 5 nəfər II mərhələdə iştirak haqqı qazanacaq. II mərhələdə tələbələr aşağıdakı hədiyyələr uğrunda bilik mübarizəsi aparacaq: I yer - Noutbuk II yer - Kompyuter III yer - Mobil telefon , digər yerləri tutan tələbələr isə müxtəlif hədiyyələrə (fotoaparatlar, elektron lüğətlər və s.) sahib olacaq. Ünvan: Binəqədi rayonu, 7ci mkr, Xarici dairəvi 35A (keçmiş Azərbaycan Beynəlxalq Universiteti və "Dərnəgül" metrosu yaxınlığında) Marşrutlar: 10 nömrəli avtobus (Gənclik və Nərimanov metrosundan), 288 nömrəli marşrut ( Azneft, Sahil metrosundan), 113 nömrəli avtobus (Elmlər metrosundan), 107 nömrəli avtobus (Əcəmi metrosundan), 53 nömrəli avtobus (Yasamal rayonundan) Tel: (012)563 34 15, (012)563 34 25 Fax: (012)563 34 22, [email protected]/* */, [email protected]/* */
OXŞAR XƏBƏRLƏR