Uşaq bağçaları haqda şok faktlar

Uşaq bağçaları haqda şok faktlar
Bütün Xəbərlər
12:46 29.08.2012
18471
İki ay öncə dövlət başçısı İlham Əliyev «2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş tədbirdə uşaq bağçaları haqqında bu fikirləri səsləndirmişdi: «Uşaq bağçalarının problemlərinin həlli üçün biz əlavə tədbirlər görməliyik. Burada həm bağçaların vəziyyəti, təmiri, eyni zamanda, yemək məsələləri nəzərdə tutulmalıdır. Çünki məktəbdən fərqli olaraq uşaq bağçalarında körpələr hələ öz hüquqlarını müdafiə edə bilmirlər. Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlərMən çox narahatam ki, uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib və çox ciddi göstərişlər verilib ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranıb».Doğrudanmı dönüş yaranıb?Bir neçə il öncə qəbul edilən «Təhsil haqqında» Qanunun məktəbəqədər təhsilin inkişafına da yardım edəcəyi gözlənilirdi. Yeni qanuna görə, uşaqların məktəbəqədər təhsil alması vacibdir. Amma proseslər Azərbaycan reallıqlarına uyğun olaraq davam etdi. Qanundakı bu tələb bağçalarda rüşvət üçün yeni mənbə yaratdı. Övladı bağçaya getməyən valideynlər saxta arayış almağa məcbur oldu ki, məktəbdə tələb olunan sənədi verə bilsinlər. Əks halda uşağı 1-ci sinfə qəbul etmirlər.Bu fürsətdən istifadə edən bəzi bağça müdirləri də valideynlərə saxta arayışlar satmağa həvəslənib.Bağçaların sayının az olması da bu sahədə korrupsiyanın çiçəklənməsinə yol açır. Təlabat artasa da, yeni bağçalar çox az sayda tikilir. Özəllər də isə qiymətlər kifayət qədər yüksəkdir.Təhsil Nazirliyinin 2011-ci ilə dair hesabatına görə, ölkədə 113,5 min uşağı əhatə edən 1660 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onun 37-si özəl məktəbəqədər təhsil muəssisəsidir. Bu muəssisələrdə 1700-ə qədər uşaq təlim-tərbiyə alır.Cəmi 17 faiz uşağın bağçaya getmək imkanı varAcınacaqlı haldır ki, ölkə uzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi hazırda 17,6 faiz təşkil edir. Onun 25,7 faizi şəhər, 9,5 faizi isə kənd yerlərini əhatə edir. Bu o deməkdir ki, Azərbaycanda 5 yaşa qədər xeyli sayda uşaqlar məktəbəqədər təhsildən kənarda qalır. Onların əksəriyyəti rayon və kənd yerlərində yaşayanlardır.Mövcud bağçalar isə bərbad vəziyyətdədir. İndiyədək cəmi 50 məktəbəqədər təhsil muəssisəsində əsaslı təmir işləri aparılıb. Qalan muüəssisələrdə cari təmir işləri isə valideynlərin cibi hesabına başa gəlir. Cəmi 96 uşaq bağcası isə nisbətən müasir tələblərə cavab verir. Cari ildə bu istiqamətdə ayrılan vəsaitin həcmi isə bir neçə milyon manatdır. İndiyədək bu işləri Təhsil Nazirliyi həyata keçirirdi. Bu ildən isə yerlərdə icra hakimiyyətlərinə həvalə olunub.İndi məktəbəqədər tədris müəssisələri ilə bağlı yaranan problemlər əksəriyyətinin təmirsiz qalması ilə yanaşı, bağça çatışmazlığıdır. Bağçalarda uşaqların sayı həddən artıq sıxdır. Həmçinin kadr çatışmazlığı ilə də üz-üzəyik.2006-ci ildə sovet dönəmindən qalan bağcaların bir qisminin özəlləşdirilməyə çıxarılması problemi daha da dərinləşdirdi. 240 məktəbəqədər təhsil müəssisəsi özəlləşdirildikdən sonra 90 faizi öz profilini dəyişərək, ticarət obyektlərinə çevrildi. Nəticədə bu gün uşaqları yerləşdirmək üçün normal tədris müəssisəsi tapmaq qəliz məsələyə çevrilib.Bağçalarda rüşvətin tarifi nə qədərdir?Qeyd edək ki, hazırda bağçalarda uşaq qəbulunun aparılmasına başlanıb. Problemlər isə yenə əvvəlki vəziyyətdə qalıb. Bundan ən əlverişli sui-istifadə edənlər isə bağça rəhbərləridir. Onların əksəriyyəti artıq 2 ay öncədən elanlar yapışdıraraq, boş yerlərin olmadığını yazırlar. Əslində isə, bu elanla əməlli-başlı bazar açılıb. Məsələn, Sumqayıt və Bakı şəhərinin bir sıra rayonlarından redaksiyamıza gələn şikayətlərdə sözügedən təhsil müəssisələrindən yer qalmaması ilə bağlı bəhanələrlə üzləşdiklərini deyirlər. Əvəzində kim «haqqını» çatdıra bilirsə, onların da övladları bağca həyatını yaşamaq şansı əldə edir.Bəs tələb olunan rüşvətlərin «haqqı» nə qədərdir?Daxil olan şikayətlərdən məlum olur ki, Sumqayıtda bir uşağın bağçaya qəbul «tarifi» 100-150 manat civarındadır. Bakıdı isə normal şəraiti olan bağcalarda bu qiymət 300 manata qədər yüksəlir. Ən aşağı məbləğ isə 100 manatdır.Bundan başqa, bağcaların pulsuz olmasına baxmayaraq, hər ay 15-30 manat arası bağça rəhbərliyinə əlavə vəsait ödənməlidir. Bayramlarda müəllimələrin təbriki və cari təmirlərin aparılması üçün haqlar yığılır. Narazı valideynlər həmçinin bağçalarda uşaqlardan qab yumaq üçün pasta, lampa, süpürgə, bir sözlə, məişətdə istifadə edilən digər əşyalar tələb edildiyini də dedilər. Nisbətən normal şəraiti olan Daxili İşlər Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, Müdafiə Nazirliyi və digər bir neçə dövlət qurumunun tabeliyində olan bağçalar isə heç də hər kəs üçün əlçatan deyil. Burada da əsas rolu «tanışlıq» oynayır.Həmçinin Bakıda özəl bağcalar da fəaliyyət göstərir. «Oxford», «Çağ Öyrətim», «Kaspi», «Möcüzələr evi», «Baby Plaza» və sair uşaq bağçaları hər validyenini cibinə uyğun deyil. Doğrudur, şəraiti, maddi-texniki təchizatı, təlim-tədris prosesi ən müasir stardartalara uyğun olsa da, qiymətlər Azərbaycanda ali təhsil müəssisələrindəki qiymətlərdən 2-3 dəfə bahadır. Belə bağçaların aylıq ödənişləri ən azı 150 manatdan 650 manatadək dəyişir. Beləliklə, valideyn 1 uşağı üçün illik 1800-7800 manat arası xərc çəkməlidir. Bu isə Azərbaycanda ən yüksək təhsil haqqı səviyyəsi sayılan 4000 manatdan təxminən 2 dəfə baha deməkdir. Görəsən, buradan çox baha qiymətə əldə edəcəyi bilgilər bu uşaqların 6 yaşından sonrakı həyatlarında nəyi dəyişə biləcək? /// bizimyol.info
OXŞAR XƏBƏRLƏR