Gənclər üçün Təhsil Mərkəzi Gürcüstanın “Biliki” qeyri-hökumət təşkilatı ilə birgə uşaq və gənclərin beynəlxalq yay düşərgəsini təşkil edib.
AZXEBER.COM-un məlumatına görə, Gürcüstanın Ureki istirahət şəhərində təşkil olunan düşərgədə ölkəmizi 20-yə yaxın uşaq və gənc təmsil edib.
Əsas məqsədi uşaq və gənclər arasında əməkdaşlıq əlaqələrinin qurulmasına, sosial təşəbbüslərin formalaşması və həyata keçirilməsinə kömək etməyi nəzərdə tutan düşərgədə müxtəlif ekspertlər tərəfindən müxtəlif təqdimatlar edilmiş, praktiki məşğələlər və sosial tədbirlər təşkil olunmuşdur.
İştirakçılar Gürcüstanın Batumi, Kabuletti və bir neçə digər şəhərinə səfər etmişdirlər.
10 gün davam edən düşərgədə Gənclər üçün Təhsil Mərkəzinin təqdimatı edilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Düşərgənin sonunda Azərbaycan gecəsi təşkil edilmişdir.