Uşaqlarda göz zəifliyinə çarə tapıldı - VİDEO

Uşaqlarda göz zəifliyinə çarə tapıldı - VİDEO
SAĞLAMLIQ
16:08 02.10.2023
998
Bütün dünyada olduğu kimi Azərbaycanda da görmə qüsurları, xüsusən də miopiya (yaxındangörmə) geniş yayılıb. Daha çox uşaqlarda təsadüf olunan bu qüsur onlarda eynəkdən asılılığı hər il daha da artır. Bunun başlıca səbəbləri günümüzdəki dərs yükü, telefon qadjet və oturaq həyat tərzidir.

Bəs problemin qarşısını necə almaq olar?  Uşaqların görmə qüsurunu (miopiyanı) necə nəzarətdə saxlamaq olar? "Qafqazinfo” xəbər verir ki, Bakıda keçirilən "Miopiyaya nəzarətdə müasir imkanlar" adlı elmi seminara toplaşan oftalmoloqlar da bu suallara cavab verməyə, öz təcrübələrini bölüşməyə çalışıblar.

Tədbir tanınmış oftalmoloq, Amerika Ortokeratoloqlar Akademiyasının üzvü, Azərbaycanda bir ilk olan Miopiya və Lazer Mərkəzinin rəhbəri oftalmoloq-cərrah Günay Əliyeva tərəfindən təşkil olunub. Türkiyə, Rusiya və Azərbaycan oftalmoloqlarının qatıldığı seminar həm də təcrübə mübadiləsi xarakteri daşıyıb. G. Əliyeva ölkəmizə ilk olaraq gətirdiyi və artıq 3 ilə yaxındır ki, miopiyasi olan uşaqlarda tətbiq etdiyi gecə (ortokeratoloji ) linzalar haqqında danışıb. Bundan əlavə, ölkəmizə yeni gətirilən Amerika təsdiqli skleral və defokus gündüz linzaları haqqında da məruzələr olunub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı retinoloq-cərrahı dr.Lalə Axundova da uşaqlarda miopiya zamanı göz dibində ola biləcək fəsadlar haqqında iştirakçılara məlumat verib.

Daha sonra Günay Əliyeva bu gün göz xəstəlikləri arasında ən çox yayılan miopiyanın necə kontrolda saxlanması barədə danışıb, müasir müalicə metodlarından bəhs edib.

Azərbaycana ilk dəfə gələn Rusiya Miopiya İnstitutunun direktoru, professor Aleksandr Myaqkov çıxışından əvvəl Bakı barədə təəssüratlarını bölüşüb, azərbaycanlılara heyran qaldığını bildirib. Elmi seminar böyük maraq və polemika şəraitində sona çatıb.

Qeyd edək ki, bu, miopiya ilə bağlı dr.Günay Əliyeva tərəfindən Azərbaycanda keçirilən ikinci beynəlxalq elmi seminardır.
 

 
 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
17:22 26.07.2026
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
17:14 26.07.2026
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb
17:01 26.07.2026
Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb