Uşaqlarımıza ölümü necə izah edək? -Psixoloq cavab verir

Uşaqlarımıza ölümü necə izah edək? -Psixoloq cavab verir
Bütün Xəbərlər
15:50 02.05.2016
3514
Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzinin əməkdaşı, uşaq psixoloqu  Kəmalə Xancanovanın AZXEBER.COM-a müsahibəsi 
- Ölümü necə izah etməliyik? 
- Erkən uşaqlıq dövründə ölüm qorxuducu deyil. Çünki uşağın zehni, ölümü başa düşə biləcək dərəcədə inkişaf etməyib. Uşaqlar ölümlə hələ kiçik yaşında maraqlanmağa başlayır. Eşitdikləri ölüm xəbəri və sözlərindən bir məna çıxarmağa çalışsalar da çox da təsirlənmirlər. 2-3 yaşlarındakı uşaq, oyunlarında ölümdən bəhs etməyə başlayır. Oyuncaq tapancasının tətiyinə basaraq - " Sən öldün" deyir. Ancaq ölümdən anladığı hərəkətsiz qalmaqdır, yox olmaq deyil. 3-4 yaşlarında çiçəklərin solduğunu, yarpaqların töküldüyünü,b öcəklərin əzildiyini kəşf edir. Başa düşür ki, bunlar bir sondur. Ancaq ölümün özünün də başına gələ biləcəyini düşünmür. Ölümü uzun bir ayrılıq və ya dönüşü olmayan, həmişəlik bir səyahət olduğunu düşünür. 5 yaşında ölüm uzun bir yuxuyla eyni mənaya gəlir və yavaş-yavaş qorxuducu olmağa başlayır. Uşaq valideynlərinin ölüb-ölməyəcəyini tez-tez soruşur, ölüm ilə bağlı cavablandırılması çətin suallar verməyə başlayır. 5-6 yaş aralığında olan uşaq artıq ölümlə xəstəlik və yaşlılıq arasında bir əlaqə olduğunu yavaş-yavaş dərk etməyə başlayır. Hər hansı yaşlı bir insanın dərhal ölə biləcəyini düşünür. Ancaq yenə də ölümdən sonra,yuxudan oyanmış kimi geri qayıdıla biləcəyini zənn edir. 
- Bu anda valideynlər nə etməlidir?-  Onlar uşağın suallarına uyğun cavablar verməlidir. Ölənlərin hara getdiyini soruşduğu zaman ona inancımız və imanımız haqda danışıb, öldükdən sonra həyatın başqa bir dünyada davam etdiyini başa salmaq lazımdır. Gələcəkdə bizim də ömrümüzü tamamladığımızda onunla yenidən görüşə biləcəyimizi də əlavə etmək, ölümdən qorxmasına səbəb ola biləcək söz və davranışlardan uzaq qaçmaq lazımdır. 
Nə vaxt öləcəyinizi soruşduğunda - Bilmirəm, heç kim həyatının nə vaxt bitəcəyini bilə bilməz" deyə cavablandıra bilərik. 
Bəzən uşaqlar bir yaxınının ölümündə özünü günahkar hesab edə bilər. Bu halda dərhal müdaxilə edib bu hissin doğru olmadığını izah etməliyik. Uşaqlarınızın kədərlənməyinin qarşısını almaq üçün ölən insanın geri qayıdacağını söyləmək kimi yalnış məlumatlar vermək olmaz. Ölən insan üçün darıxacağımızı, onun yerini heç kimin tuta bilməyəcəyini desək, uşağın kədərini azaldıb, onu başa düşdüyümüzü göstərmiş olarıq.Siz də Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzi ilə əlaqə saxlayıb, övladınızı uşaq psixoloqlarının yanına gətirə və ya onların səlis danışığını bərpa edə bilərsiz.
Ünvan: Nərimanov rayonu, "Metropark"ın yaxınlığıƏlaqə telefonları: 055-372-33-11
                               012-408-98-10
OXŞAR XƏBƏRLƏR