'Uşaqların Beynəlxalq müdafiə günü' ilə bağlı tədbir keçiriləcək

GƏNCLİK
13:40 07.05.2013
1778

1 İyun “Uşaqların Beynəlxalq müdafiə” günü ilə bağlı “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi “Do-Good” adlı tədbir keçirəcək. AZXEBER.COM-un məlumatına görə, tədbirdə uşaqların əyləncəsi üçün hər şərait yaradılacaq. 

Müxtəlif nağıl qəhrəmanları, əyləncəli oyunlar, sürprizlər uşaqlarınızı sevindirəcək. Məşhur cizgi film qəhrəmanlarının – Spanc Bob, Vinninin iştirakı isə tədbirə xüsusi rəng qatacaq. Tədbirdən əldə olunan gəlir isə ürək qüsurlu uşaqların müalicəsinə sərf olunacaq. Bir sözlə uşaqlarınız həm tədbirdə əylənəcəklər, həm də xeyriyyəçilik edəcəklər. 

 Biletləri “Four Seasons Baku Hotel”-dən və Uşaqların Xoşbəxt Gələcəyi İctimai birliyindən əldə etmək olar. Bilet əldə etmək üçün əlaqə nömrəsi: 050 522 24 37

OXŞAR XƏBƏRLƏR