“Uğur Menyusu” adlı layihənin açılış mərasimini keçirilib

GƏNCLİK
14:59 29.11.2016
2028
23.11.2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqənin qalibi olmuş Aytən Məmmədova "Uğur Menyusu” adlı layihənin açılış mərasimini keçirib.
 
AZXEVBER.COM xəbər verir ki, tədbiri açan layihə rəhbəri Aytən Məmmədova layihə haqqında ətraflı məlumat verib.Uğur qazanmanın yollarını öyrətmək,aşılamaq, səlis və dəqiq şəkildə qarşısındakı şəxsə fikrini çatdırmağı bildirib.Bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Uğur Menyusu” adlı layihənin aktual olduğunu qeyd edib.Sonda qeyd edib ki, 3gün təlimdə iştirak edən gənclərə hədiyyələr təqdim ediləcək.
 
Sonra "Uğur Menyusu” adlı layihənin açılış mərasimində Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu Elnur Rüstəmov qeyd edibki, "Uğur Menyusu"adından məlum olduğu kimi Uğur qazanmaq insanlarin ən başlıca psixoloji səbəblərindən biridir. Uğur qazanmaq üçün ilk öncə insanda özünə inam olmalıdı. Əslində isə hər kəs əsil uğura nail ola bilər. Amma bunun üçün zəhmət çəkmək lazımdır.
 
Tədbirin sonunda layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.
 

OXŞAR XƏBƏRLƏR