İqtisadiyyat və biznes sahəsində "Uğur" Milli Mükafatının növbəti təqdim etmə mərasimi keçirilib.
AZXEBER.COM xəbər verir ki, 2018-ci il üzrə ölkənin işgüzar həyatında önəmli rol oynayan şirkətlərin təltifetmə mərasimi "Quba Palace” hotelində təşkil olunan təntənəli tədbirdə baş tutub. Ötən ilin yekunlarına görə yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatı və biznesinin inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasında rolu olan 20 şirkət və təşkilat mükafatın laureatı elan ediliblər.
Təqdimetmə mərasimində çıxış edən təşkilat komitəsinin sədri İbrahim Baharov qeyd edib ki, "Uğur" Milli Mükafatının əsas məqsədi ölkə biznesinin inkişafında fəal səylər göstərən şirkətlərin əməyini qiymətləndirmək, Azərbaycanın iqtisadi inkişafına töhfə verən müəssisələri müəyyən etmək, özündə yüksək effektivliyi, sabit inkişaf və sosial məsuliyyəti ehtiva edən şirkətlərin nailiyyətlərini vurğulamaqdır. İbrahim Baharov mükafatın laureatları barədə danışarkən onların cəmiyyətdəki nüfuz və etimadını vurğulayaraq iqtisadiyyatımız üçün önəmli olan iqtisasi artımın təmin olunmasını qeyd edib.
"Uğur" Milli Mükafatının təqdimetmə mərasimi mükafatların təqdimatı və konsert proqramı ilə davam edib.
Xatırladaq ki, "Uğur" Milli Mükafatı iqtisadiyyat və biznes sahəsində nəşr olunan nüfuzlu "Consulting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. 2018-cilin yekunlarına həsr olunan təqdimat mərasimi sayca 19-ci mükafatlandırma mərasimi oldu.