Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Uğurlu gənc" layihəsi çərçivəsində görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, "Davam” Gənclər Hərəkatında baş tutan görüşdə layihə rəhbəri Leyla Əhmədova gənclər salamlayaraq, layihəsi haqda geniş məlumat verib.
Tədbirin sonuncu gününün qonağı İctimai Telviziyanın aparıcısı Nərmin Knyaz olub. Gənc aparıcı gənclərlə görüşdə öz iş fəaliyyəti və işi ilə bağlı gəzdiyi ölkələrdə rastlaşdığı maraqlı hadisələrdən bəhs etdi.
Daha sonra gənclərlə fərdi söhbət edən Nərmin Knyaz onlara uğurlu olmaq üçün etdiklərini və onların etməli olduqlarını bildirdi.
Tədbirin sonunda "Uğurlu gənc" çarxı da gənclərə təqdim olundu.
Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.