Vəfa Quluzadə: İranda nə baş verir?

Vəfa Quluzadə: İranda nə baş verir?
Bütün Xəbərlər
09:58 08.05.2011
2847

Ekspertlərin fikrincə, Xameneyinin addımı dünyada gedən qlobal proseslərin fonunda təsadüfi qiymətləndirilməməlidir. Çünki Suriyada demokratik dəyişikliklər uğurla başa çatdırıldıqdan sonra növbənin Irana çatacağı ehtimal olunur. Məhz buna görə Xameneyinin müəyyən qabaqlayıcı tədbirlər görərək, Iranda narazılığı azaltmağa çalışdığı düşünülür.

Politoloq Vəfa Quluzadənin fikrincə, hazırda Iranda olduqca təzadlı proseslər baş verir. Baş verənlərə də birmənalı qiymət vermək olduqca çətindir. Iranın digər dövlətlərdən fərqli cəhətlərinin çox olmasının da proqnoz verməni çətinləşdirdiyini deyən V.Quluzadə qeyd etdi ki, dövlət başçısının ölkədə reytinqinin çox aşağı olması onun vaxtından əvvəl vəzifəsi ilə vidalaşmasına səbəb ola bilər: “Ola bilsin ki, Əhmədinejad daha reytinqli və nüfuzlu biri ilə əvəzlənsin. Amma baş verən proseslərin başqa səbəbi də ola bilər. Çünki Iran hazırda Suriyada gedən proseslərdən narahatdır. Istisna deyil ki, Iran Bəşər Əsəd rejiminin devrilməsinin qarşısını almaq üçün əlindən gələni edəcək. Suriya, Iran və Hizbullah möhkəm bir zəncirin halqalarıdır. Əgər bu zəncirin halqalarıdan biri sıradan çıxarsa, o zaman digərlərinə də təhlükə yaranacaq. Ona görə Iranın ali dini rəhbəri Suriyadan sonra növbənin Irana çatacağını proqnozlaşdıraraq, bir sıra qabaqlayıcı addımlar ata bilər”.

V.Quluzadənin fikrincə, bu qabaqlayıcı addım isə hazırkı dövlət başçısının vəzifəsindən uzaqlaşdırılması ola bilər ki, bununla da Irandakı rejim bir müddət rahat nəfəs almaq şansı əldə etmiş olar.

Azadlıq qəzeti

OXŞAR XƏBƏRLƏR