“Valideynlər düz edib məktəb direktorunun işdən çıxarılmasını tələb ediblər” – Aydın Mirzəzadə

“Valideynlər düz edib məktəb direktorunun işdən çıxarılmasını tələb ediblər” – Aydın Mirzəzadə
Bütün Xəbərlər
17:35 23.01.2015
1350

“Bu cür məsələlər belə problemlərin mövcud ola biləcəyi məktəb direktorları üçün də bir xəbərdarlıq olmalıdır”

Bu fikirləri millət vəkili Aydın Mirzəzadə AZXEBER.COM-a Hövsan kəndində yerləşən118 saylı və Saatlı rayonu Məzrəli kəndində fəaliyyət göstərən orta məktəblərdə məktəb direktoru, müəllimlərlə valideynlər arasında baş verən insidentlərə münasibətini açıqlayarkən bildirib:

“Bu hadisələr məni çox hiddətləndirir. Ona görə ki, məktəbdə həm şagirdlərə, həm də valideynlərə qarşı müəllimlərin böyük hörməti olmalıdır. Ümumilikdə, Azərbaycan müəllimi bu tələblərə cavab verir. Mənim olduğum və tanıdığım bütün pedaqoji kollektivlərdə belə sağlam mühit var. Ailələrlə sıx əlaqələr saxlanılır. Hətta övladlar məktəbi bitirəndən sonra da valideynlərlə müəllimlər arasında çox xoş münasibətlər saxlanılır. Amma təəssüf edirəm ki, bəzi məktəblərdə belə xoşagəlməz hallar qalır və bunun nəticəsi göz qarşısındadır. Hesab edirəm ki, həmin məktəblərdə valideynlər düz edib məktəb direktorunun vəzifədən çıxarılmasını tələb edirlər. Çünki övladlarına kimin tədris və tərbiyə verəcəyi, övladlarının taleyinin kimə tapşırmaları çox vacib məsələdir. Həmçinin Təhsil Nazirliyinin bu məsələyə operativ münasibət bildirməsi özü də təqdirəlayiqdir. Yəni heç bir belə insident diqqətdən kənarda qalmır. Eyni zamanda, bu cür məsələlər belə problemlərin mövcud ola biləcəyi məktəb rəhbərləri üçün də bir xəbərdarlıq olmalıdır”.

Orxan

OXŞAR XƏBƏRLƏR