Valideynlər məktəbi boykot etdilər - FOTO

Valideynlər məktəbi boykot etdilər -  FOTO
Bütün Xəbərlər
10:34 16.09.2015
2272
İmişli rayonunda məktəb boykot edilib. Rayonun Qızıl kəndinin sakinləri məktəb bərbad vəziyyətdə olduğundan ilk dərs günü məktəbə getməkdən imtina ediblər.
Kənd sakinləri Milli.Az-a bildiriblər ki, valideynlər ötən əsrin xarabalıqlarını xatırladan məktəbə övladlarını buraxmırlar. Müəllimlər ilk dərs gününü şagirdsiz keçiriblər.
Bu gün də eyni vəziyyət davam edir.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışırıq.
OXŞAR XƏBƏRLƏR