2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi ilə əlaqədar növbəyə yazılma prosesi müvəqqəti dayandırılacaq.
AZXEBER.COM xəbər verir ki, 5 avqust 2026-cı il tarixindən etibarən məktəbəqədər təhsil müəssisələrində yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılır.
Məlumata görə, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi mygov portalı vasitəsilə elektron qaydada həyata keçirilir.











































