Valideynlərin pul söhbəti uşaqların gələcəyini formalaşdırır

Valideynlərin pul söhbəti uşaqların gələcəyini formalaşdırır
MARAQLI
20:42 02.08.2026
204
Valideynlərin uşaqları ilə pul haqqında açıq danışması onların gələcəkdə maliyyə ilə bağlı daha düzgün qərarlar verməsinə kömək edə bilər.

AZXEBER.COM xəbər verir ki, ABŞ alimləri tərəfindən aparılan araşdırma uşaqların kiçik yaşlarından pul və ailənin maddi vəziyyəti ilə maraqlandıqlarını göstərib.

Araşdırmada yaşı 8-17 arasında olan 136 uşaq iştirak edib. Məlum olub ki, valideynlər övladları ilə daha çox pul yığmaq, pul qazanmaq və xərcləmək barədə danışırlar. Lakin ailənin gəliri, borcları və investisiyalar kimi mövzulara toxunmaqdan çəkinirlər.

Uşaqların çoxu bu mövzuların evdə danışılmadığını bildirib. Onlar valideynlərinin niyə bu barədə danışmaq istəmədiyini dəqiq bilmədiklərini deyiblər. Bəzi uşaqlar isə hesab ediblər ki, valideynlər onları narahat etmək və ya ailənin maddi vəziyyətinin başqaları ilə müqayisə olunmasını istəmədikləri üçün bu söhbətlərdən qaçırlar.

Tədqiqat müəllifləri bildirirlər ki, valideynlər bu mövzuları müzakirə etməsələr belə, uşaqlar ailənin maddi vəziyyətini hiss edirlər və özləri müəyyən nəticələr çıxarırlar. Ancaq bu nəticələr həmişə doğru olmur. Buna görə də alimlər valideynlərə uşaqlarla yaşlarına uyğun şəkildə maliyyə mövzularını müzakirə etməyi tövsiyə edirlər.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR