Valideynlərini itirmiş uşaqlar təhsil haqqından azad ediləcəklər

Valideynlərini itirmiş uşaqlar təhsil haqqından azad ediləcəklər
Bütün Xəbərlər
14:34 03.12.2013
1349

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar təhsil haqqından azad ediləcəklər.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirə edildi.Məsələ haqqında məlumat verən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirdi ki, qanuna dəyişikliklər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil almaq imkanı yaradır.Ş.Haciyevin sözlərinə görə, dəyişiklik “Təhsil haqqında” Qanunun “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununa edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi ilə edib.Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Deputatlar “Təhsil haqqında” qanuna dəyişikdə əksini tapan “habelə onların arasından olan şəxslər” müddəasına aydınlıq gətirilməsini tələb ediblər.Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, bu qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş yaşı 18-i ötmüş gəncləri nəzərdə tutur: “Yaşı 18-ə çatanlar uşaq hesab olunmur. Ona görə də belə qeyd olunub ki, həmin uşaqlardan kimsə ali məktəblərə daxil olsa təhsil haqqından azad olunsunlar”.Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edildi.

OXŞAR XƏBƏRLƏR