Van Dam kanala düşdü, boğulmaq təhlükəsi ilə üz-üzə qaldı

Van Dam kanala düşdü, boğulmaq təhlükəsi ilə üz-üzə qaldı
ŞOU-BİZNES
08:39 17.10.2011
1619

Hollivudun məşhur aktyorlarından olan Jan Klod Van Dam Belçikada avtomobili ilə su kanalına düşüb. Hadisə aktyor Villebruk şəhərində bardan çaxarkən baş verib. Məlumata görə, gecə vaxtı bardan çıxan aktyor avtomobilin qutusunu səhvən arxa sürət əvəzinə birinci sürətə tənzimləyib. Nəticədə avtomobilinin yarısı su kanalına düşən 50 yaşlı aktyor öz gücü ilə maşını sudan çıxartmağa çalışıb. Buna müvəffəq ola bilməyən Van Dam barın təhlükəsizlik xidmətindən kömək istəyib. Avtomobil kanaldan çıxarıldıqdan sonra aktyor maşına minərək hadisə yerindən uzaqlaşıb.

OXŞAR XƏBƏRLƏR