Vaqif Cavadov da qol vura bilirmiş

İDMAN
12:19 01.05.2011
2152

 “Bakı”nın hücumçusu ön xətt oyunçularına yaraşmayacaq həddə uzun sürən qol həsrətinə son qoyub.

Cavadov Azərbaycan Premyer Liqasının XXIX turunun “Qarabağ”la oyununda “qış yuxusundan” ayılıb. Belə ki, o son qolunu qış girməmiş, oktyabrın 16-da MOİK-lə qarşılaşmada vurmuşdu. Bu isə o deməkdir ki, Vaqif 197 gündən sonra qol sevinci yaşadı.

/// apasport

OXŞAR XƏBƏRLƏR