Rusiya Premyer Liqasında növbəti oyunlar keçirilib.
Azərbaycan təmsilçilərinin klubları bu turda üz-üzə gəlib. Yığmamızın sabiq baş məşqçisi Vaqif Sadıqovun məşqçisi olduğu “Anji” öz meydanında onun futbolçu adaşı Cavadovun çıxış etdiyi “Volqa” ilə qarşılaşıb.
Cavadovun iştirak etmədiyi matçda “Anji” meydan amilindən yararlanıb. Samuel Eto’Onun qolu və Roberto Karlosun ötürməsindən sonra müdafiəçiyə çarpıb avtoqola çevrilən 2 zərbə meydan sahiblərini sevindirib – 2:1.