Vaqif Əsədovun vaxtsız məzuniyyəti nədən xəbər verir? – O vəzifəsindən gedir

Vaqif Əsədovun vaxtsız məzuniyyəti nədən xəbər verir? – O vəzifəsindən gedir
Bütün Xəbərlər
13:50 26.10.2015
6119

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun yaxın günlərdə vəzifəsindən azad ediləcəyi ilə bağlı məlumatlar daxil olur.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, son günlər DYP haqqında mətbuatda yayılan neqativ xəbərlərin çoxalması polis polkovnikiVaqif Əsədov üçün çox böyük problemlər yaradıb. Rəhbərlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyən və mətbuatı DYP-dən incik salmaqda günahlandırılan Vaqif Əsədovun yaxın günlərdə tutduğu vəzifədən azad olunacağı deyilir.

Artıq bu haqda sosial şəbəkələrdə və müxtəlif KİV-lərdə məlumatlar yayılmaqdadır.

Hazırda ilş başında olmayan və haqqında yayılan xəbərlərə "istirahət edirdim" adını verən V.Əsədovın "hardaydınız?" sualına cavabı da belə olur: "Məzuniyyətə çıxmışdım. Ölkə xaricində istirahət edirdim".

Yayılan xəbərlərdə isə onun parlament seçkilərindən sonra işdən çıxarılacaq DYP əməkdaşları sırasında adının olduğu qeyd edilir. 

Xatırladaq ki, son günlər nazir Ramil Usubov polis orqanlarından və xüsusən də DYP sıralarından bir çox vəzifəli şəxsləri kənarlaşdırır. Onlar arasında MTN-nin sabiq naziri Eldar Mahmudovun qohumları və ona yaxın adamların adları da var.

OXŞAR XƏBƏRLƏR