Vaqif Şıxəliyev bu səbəbdən komaya düşüb - AÇIQLAMA

Vaqif Şıxəliyev bu səbəbdən komaya düşüb - AÇIQLAMA
MAQAZİN
01:23 30.11.2026
194
Tanınmış müğənni Vaqif Şıxəliyevin komaya düşməsi ilə bağlı yeni təfərrüat məlum olub.

Sənətçinin yaxın dostu, müğənni həmkarı Rəşad Altınsəs Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə dünən saat 10-11 radələrində Vaqif Şıxəliyevin yaşadığı evdə baş verib:

"İyul ayında Ailə Sağlamlıq Mərkəzində Firdovsi adlı həkim onun ürəyinə stent qoymuşdu. Dörd ay idi ki, vəziyyəti yaxşı idi. Ötən həftənin bazar ertəsi günü səhhəti ilə əlaqədar həmin həkimin müayinəsindən keçib. Müayinə zamanı stent qoyulan damarda spazm olduğu bildirilib və ona dərmanlar təyin edilib. Lakin həkimin təyin etdiyi dərmanların sayı 10-dan çox idi. Təsəvvür edin, gün ərzində 10-dan artıq dərman qəbul edirdi, eyni zamanda ona iynə vurulurdu. Dünən səhər görüşmək üçün əlaqə saxladıq. Qəbul etdiyi dərmanların səhhətinə mənfi təsir göstərdiyini deyirdi. Ondan bir müddət xəbər ala bilmədikdən sonra dəfələrlə zəng etdim. Nəhayət, zəngimə həyat yoldaşı cavab verərək Vaqifin vəziyyətinin ağırlaşdığını, huşunu itirdiyini dedi. Bundan sonra təcili tibbi yardım çağırılıb və o, xəstəxanaya çatdırılıb".

Rəşad Altınsəs müğənninin klinik ölüm keçirdiyini də bildirib:

"Hadisə zamanı o, uzandığı yerdə özünü pis hiss etdiyini deyib. Təcili tibbi yardımın gec gələcəyindən ehtiyatlanaraq onu özəl klinikalardan birinə aparıblar. Ürəyini masaj edərək özünə gətiriblər. Lakin hazırda yenə də koma vəziyyətindədir. Klinikaya aparılarkən klinik ölüm keçirmişdi. Hazırda "Məlhəm Hospital"dadır", - deyə müğənni əlavə edib.
OXŞAR XƏBƏRLƏR