Vaşinqtonda Qarabağ forumu keçiriləcək

Vaşinqtonda Qarabağ forumu keçiriləcək
Bütün Xəbərlər
12:43 25.04.2012
911
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti-yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vaşinqtonda Qarabağ Forumunun keçirilməsi” adlı layihəsinin icrasına start verib və layihə üzrə hazırlıq işləri başa çatmaqdadır. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyindən verilən xəbərə görə, layihə çərçivəsində aprelin 27-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Qarabağ Forumunun keçirilməsi nəzərdə tutulur. Forum Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin və ABŞ-ın “HERİTAGE” Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.Qarabağ Forumuna Vaşinqtonda yerləşən ictimai-siyasi dairələrin, strateji beyin mərkəzləri və qeyri-hökumət təşkilatları nümayəndələrinin, münaqişələr üzrə araşdırmaçıların və ekspertlərin, Amerika Konqresi və Senatından, Dövlət Departamentindən nümayəndələrin, Amerikadakı Azərbaycan diaspor təşkilatları və Amerikali tələbə gənclər təşkilatlarında çalışan mütəxəssislərin dəvət olunması və iştirakı nəzərdə tutulur. Forumda çıxış edəcək Azərbaycan gənclər təşkilatlarının nümayəndələri ölkəmizdəki tolerantlıqdan, müxtəlif millətlətin sülh və sabitlik şəraitində yaşamasından danışacaqlar.Forumun əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə geniş şəkildə çatdırılması və Vaşinqtonda yerləşən ictimai-siyasi dairələrin, strateji beyin mərkəzləri və qeyri-hökumət təşkilatlarının diqqətini bu problemə cəlb etməkdir. Layihə qarşısına qoyduğu məqsədə çatmaq üçün əsas vəzifə kimi Vaşinqtonda Qarabağ Forumu keçirməyi, ABŞ-da təhsil alan azərbaycanlı tələbələri, gəncləri, diaspora fəallarını bu işə cəlb etməyi, orada fəaliyyət göstərən Amerikanın gənclər təşkilatlarının və strateji beyin mərkəzləri nümayəndələrinin, münaqişələr üzrə araşdırmaçı və media nümayəndələrini Forumun işinə yaxından cəlb etməyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onların müzakirəsini təşkil etməyi nəzərdə tutur. Foruma eyni zamanda Azərbaycanlı millət vəkillərinin, gənclər təşkilatları nümayəndələrinin qatılması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR